EN

Gürcüstanda zəlzələ olub

Gürcüstanda

Tbilisi, 2 oktyabr, AZƏRTAC

Oktyabrın 2-də Gürcüstan-Ermənistan sərhədində zəlzələ baş verib.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Milli Seysmoloji Monitorinq Mərkəzi məlumat yayıb. Bildirilir ki, yeraltı təkanlar 4,3 bal gücündə olub. Zəlzələ ətraf rayonlarda da hiss olunub.

Dağıntı və tələfat barədə məlumat verilmir.

Qeyd edək ki, Gürcüstan orta seysmik fəal zona hesab olunur.

Bu ölkədə ən güclü zəlzələ 1991-ci ildə 7 bal gücündə olub. Zəlzələ nəticəsində 200 nəfər həlak olub, 46 min ev və mindən çox sənaye obyekti dağılıb.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Chosen
8
3
azertag.az

8Sources