EN

Xərçəng xəstəliyinə tutulmuş arvadını boğaraq öldürməyə çalışan kişidən maraqlı müdafiə

ABŞ-da xərçəng xəstəliyinə tutulmuş arvadını öldürməyə cəhd etdiyi üçün mühakimə olunan 46 yaşlı kişinin müdafiəsi təcübə səbəb oldu.

Medianews.az xarici mediaya istinadən xəbər verir ki, Devayn Makkulla 1 ildir döş xərçəngindən müalicə olunan həyat yoldaşını ailəsinin gözü qarşısında boğaraq öldürməyə çalışıb.

Xəstəliyinin son mərhələsində olan Arenda Makkulla dəhşətli hadisədən 1 gün sonra dünyasını dəyişib.

Ötən cümə axşamı baxılan işdə həyat yoldaşını boğaraq öldürməyə cəhd edən Devayn Makkulla cinayətini etiraf edib. O, cinayətə səbəb kimi “Arendanın iztirablarının bitməsini istədim” deyib.

Adam öldürməyə cəhd ittihamı ilə mühakimə olunan Devayn Makkulla hər şeyi həyat yoldaşını sevdiyi üçün etdiyini və yenə eyni şeyi edəcəyini bildirib.

5 ilə qədər həbs cəzası gözlənilən müttəhimin cinayət işi dekabrın 12-də keçiriləcək.

 

 

Chosen
23
medianews.az

1Sources