EN

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda qaz problemi həll olundu

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda qaz problemi həllini tapıb.
 
Moderator.az bildirir ki, bu barədə “Report”a ev oyunlarını adıçəkilən arenada keçirən "Sumqayıt" klubunun mətbuat katibi Zaur Xudiyev məlumat verib.
 
O, artıq qazanxananın işə düşdüyünü və isti su problemi olmadığını söyləyib:
 
“Qaz problemi həll olunub. Artıq qaz olduğu üçün isti su problemi də yoluna qoyulub. Bizdə əsas çətinlik qazla bağlı idi. Artıq qazanxana da işə düşüb”.
 
Qeyd edək ki, UEFA Konfrans Liqasının Liqa mərhələsinin I turunun “Dinamo” (Minsk, Belarus) -”Harts” (Şotlandiya) matçı oktyabrın 3-də, saat 20:45-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək.
 
Chosen
44
moderator.az

1Sources