EN

Odessanın liman infrastrukturuna hücum edilib, Türkiyə vətəndaşı xəsarət alıb

Kiyev, 2 oktyabr, AZƏRTAC

Rusiya hərbçiləri Odessa vilayətində nəzarət-buraxılış məntəqələrinə və liman infrastrukturuna hava hücumu edib. Biri əcnəbi olmaqla iki sürücü yaralanıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Odessa Vilayət Administrasiyasının rəhbəri Oleq Kiper özünün “Teleqram” səhifəsində məlumat yayıb.

“Sübh çağında düşmən pilotsuz uçuş aparatları ilə İzmail bölgəsinə hücum edib. Qarşı tərəfin hədəfi liman və sərhəd infrastrukturu olub. İki nəfər yaralanıb, onlardan biri Türkiyə vətəndaşıdır, vəziyyətləri orta ağırdır”, - deyə Kiper bildirib.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Chosen
12
1
azertag.az

2Sources