EN

Hindistanda DƏHŞƏT: Məktəbin uğuru naminə ikinci sinif şagirdi QURBAN VERİLDİ – FOTO

Hindistanda bir məktəbin uğuru və firavanlığı naminə ikinci sinif şagirdi qurban verilib.

İnterpress.az xəbər verir ki, hadisə Hindistanda Uttar Pradeş ştatında özəl məktəbdə baş verib. Məktəbin rəhbərliyi ikinci sinif şagirdini öldürüb.

Araşdırma zamanı məktəbin maddi sıxıntısı olduğu müəyyən edilib. Rəhbərlik tanrıları sakitləşdirmək və onlara qurban kəsmək qərarına gəlib.

Şagird qaçmağı bacardığı üçün ilk cəhd uğursuz alınıb.

İkinci dəfə isə direktor və beş işçi 8 yaşlı 2-ci sinif şagirdini yataqxanadan qaçıraraq boğub.

Polisin məlumatına görə, ayin zamanı məktəli boğularaq öldürülüb. Bununla müəllimlər iflas ərəfəsində olan “tanrıları razı salmağa və məktəbə uğur gətirməyə” çalışıblar.

Ən dəhşətlisi odur ki, iki həftə əvvəl onlar daha bir uşağı öldürmək istəsələr də, buna müvəffəq olmayıblar.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
21
interpress.az

1Sources