EN

Arda Güleri “Real”da kim sıxışdırır?

Türkiyə millisinin futbolçusu Arda Güler şərəfini qoruduğu "Rea”dan ayrıla bilər.

İdman.biz xəbər verir ki, 19 yaşlı yarımmüdafiəçi İspaniya nəhəngi ilə vidalaşmaq variantını nəzərdən keçirir.

Buna braziliyalı Endrikin transferi səbəb olub. Onun gəlişindən sonra digər “sambaçılar” Eder Militao, Vinisius Junior və Rodriqo həmyerlilərinin meydana çıxması üçün çalışırlar.

Bu, La Liqanın "Atletiko" ilə matçında da yaşanıb. Nəticədə baş məşqçi Karlo Ançelottinin əvəzetmələri geniş müzakirələrə səbəb olub. “Kral klubu” 1:0 hesabı ilə öndə olduğu vaxt italiyalı mütəxəssis Lukas Vaskes, Fran Qarsiya və Endriki meydana buraxıb. Amma belə addım üstünlüyün əldən verilməsi və matçın 1:1 hesabı ilə yekunlaşması ilə nəticələnib. İspaniya mətbuatı topa nəzarət etmək və özündə saxlama bacarığı olan Ardanı deyil, Endrikin meydana daxil olmasını sərt tənqid edib. Bunun braziliyalıların qruplaşması ilə bağlılığı haqda iddialar yayılıb. Türkiyəlinin məhz cənubi amerikalıların “qurbanı”na çevrildiyi bildirilir. Onlar Ardanın əvəzinə həmyerlilərinin meydanda olmasına səylər göstərirlər.

Qeyd edək ki, Arda La Liqanın cari mövsümündə meydana çıxdığı 6 matçda 239 dəqiqə şans qazanıb.

İdman.biz

Chosen
5
idman.biz

1Sources