EN

İrandan hədə: “Uzun qollarımız hər yerə çata bilər”

İrana qarşı heç bir avantürist və düşünülməmiş addım cavabsız qalmayacaq, biz belələrinə qarşı sərt olacağıq.

Teleqraf.com xəbər verir ki, bunu İranın İsrailin hərbi bazalarına raket hücumundan sonra bu ölkənin Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani deyib.

“Sionist rejim (İsrail) və havadarları bilməlidirlər ki, İran qətiyyətlə hərəkət edir. İranın suverenliyinə, ərazi bütövlüyünə və milli təhlükəsizliyinə qarşı heç bir avantürist və düşünülməmiş addım cavabsız qalmayacaq. Bir daha sübut olundu ki, İranın uzun qolları istənilən nöqtəyə çata bilər”, - İran rəsmisi bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu
Chosen
16
teleqraf.com

1Sources