EN

Məktəblilər arasında daha bir bıçaqlanma hadisəsi: DİN-dən açıqlama 

Xaçmaz rayonunda məktəbli sinif yoldaşını bıçaqlayıb.Report.az xəbər verir ki, Xaçmaz şəhər 9 saylı tam orta məktəbin 10-cu sinif şagirdi Kənan Taryel oğlu Orucov öz sinif yoldaşı Ayxan Fuad oğlu Nəsrullayev tərəfindən bıçaqlanıb.K.Orucov Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb, əməliyyat olunub. Onun vəziyyətinin kafi olduğu bildirilir.Fakla bağlı araşdırmalar aparılır.***Xaçmazda sinif yoldaşını bıçaqlayan şagird saxlanılıb.Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan bildirilib ki, oktyabrın 1-də saat 16:00 radələrində Xaçmaz rayonunda 2009-cu il təvəllüdlü A.Nəsrullayev 2008-ci il təvəllüdlü K.Orucova aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirib.Yaralı xəstəxanaya yerləşdirilib.Polis əməkdaşları tərəfindən əməli törədən şəxs saxlanılıb.Faktla bağlı araşdırma aparılır.Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

Chosen
27
faktinfo.az

1Sources