EN

Rusiya Çinin sayəsində qışda Ukraynanı dron atəşinə tutacaq - "Forbes"

Rusiyanın Ukraynaya pilotsuz təyyarələrlə təşkil etdiyi hücumları yeni intensivliyinə çatıb.  Rusiya sentyabr ayında 1300-dən çox uzaqmənzilli "Şahed" PUA-sı buraxıb ki, bu da əvvəlki aylarla müqayisədə xeyli çoxdur.

Bu fikirlər "Forbes"də dərc olunan məqalədəndir. Nəşrin analitiki David Qemblinqin fikrincə, daimi qaydada və çoxlu sayda PUA hücumu Ukraynada qarşıdan gələn qışın ən çətin qış olacağını göstərir.

Eyni zamanda, analitik yazıb ki, Rusiyanın İranda hazırlanan "Şahed"lərdən əlavə, ən azı daha üç yeni növ PUA-dan istifadə etdiyinə dair işarələr də artır. Onların bəziləri birbaşa Çindən tədarük edilir.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural

Chosen
42
news365.az

1Sources