EN

İranda İsrailə görə həbslər olub

Oktyabrın 1-i gecə saatlarında İranın İsrailə raket hucumuna etiraz edən onlarla vətəndaş həbs edilib.

Bu barədə insan haqları fəalları məlumat yayıb.

Ən çox həbslərin Tehran, Kirmanşah, Sənəndəc və İsfahanda həyata keçirildiyi bildirilib 

Bununla eyni vaxtda SEPAH-ın kəşfiyyat bölməsi məsələ ilə bağlı bəyanat yayıb.

Bəyanatda vətəndaşlardan İranın raket hucumuna etiraz edənlərin kimliyinin mueyyənləşdirlərək dövlət qurumlarına bildirilməsi istənilib.

Qeyd edək ki, ötən gecə İranın İsrailə raket hucumu zamanı adı çəkilən şəhərlərdə vətəndaşlar balkonlara çıxaraq "Xaməneiyə ölüm", "diktatora lənət" şüarları səsləndiriblər.

Bundan sonra hökumət bir neçə şəhərdə özünə bağlı qruplardan təşkil tapan hökumətə dəstək aksiyaları təşkil edib.

visiontv.az



Chosen
7
2
visiontv.az

4Sources