EN

Azərbaycan və Türkiyə sülhsevər qonşudur, Rusiya isə müharibə və dəhliz istəyir – Erməni deputat

Azərbaycan və Türkiyə sülhsevər qonşudur, Rusiya isə müharibə və dəhliz istəyir.

İnterpress.az xəbər verir ki, bunu Ermənistanın hakim “Mülki Müqavilə” partiyasının deputatı Qaqik Melkonyan erməni mediasına müsahibəsində deyib.

Onun sözlərinə görə, Azərbaycan və Türkiyə sülhsevər qonşudur, Rusiya isə müharibə istəyir.

“Azərbaycan və Türkiyə sülhsevər qonşudur və Zəngəzur dəhlizini istəmir, Rusiya isə müharibə və dəhliz istəyir.

Avropa sülh tərəfdarıdır, Türkiyə belə sülh tərəfdarıdır. Sülhə qarşı çıxan bircə dövlət var – bu, Rusiyadır. Rusiya bizim regionda sülh istəmir.

Ərdoğanın BMT-dəki çıxışı sülhdən bəhs edir, qonşuları ilə sülh istəyir!

Türkiyə [Türk Evində] Paşinyanı normal qarşıladı. Hədiyyə mübadiləsi aparıblar, Ərdoğan kitab hədiyyə edib, bunda qəbahət yoxdur”, – o qeyd edib.

Melkonyan müsahibənin sonunda onu da bildirib ki, Rusiya sülhsevər Azərbaycanı Ermənistanı təhdid etməyə məcbur edir.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
11
interpress.az

1Sources