EN

İrandan İsrailə atılan raketlərin sayı AÇIQLANDI

“İran İsrail ərazisinə təqribən 180 raket atıb”.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı İsrail Müdafiə ordusunun Mətbuat xidmətinin nümayəndəsi Anna Ukolova açıqlayıb.

Onun sözlərinə görə, raketlərin əksəriyyəti zərərsizləşdirilib: “İsrailin Hərbi Hava Qüvvələrinin döyüş qabiliyyətinə zərər dəyməyib”.

Ukolova, həmçinin qeyd edib ki, İsrailin mərkəzində və cənubunda bir neçə binaya raket düşsə də, vurulan zərər minimaldır. 

Xatırladaq ki, oktyabrın 1-də İran İsrail ərazisinə kütləvi raket zərbələri endirib. Bundan əvvəl, “Jerusalem Post” İrandan İsrailə doğru 400-ə yaxın raket atıldığını yazmışdı.

Bizim.Media

Chosen
3
1
bizim.media

2Sources