EN

“AzInTelecom” tərəfindən 24 mindən çox “klon” IMEI kod bloklanıb

Bakı. Trend:

“AzInTelecom” MMC Azərbaycana gətirilən mobil cihazlarınqanunsuz yollarla qeydiyyatdan keçirilməsinə qarşı mübarizətədbirlərini davam etdirir. Mütəmadi monitorinqlər nəticəsindəsurəti köçürülmüş IMEI kodlar aşkarlanaraq onlara “klon” statusuverilir. “Klon”laşdırılmış IMEI kodlarla istifadə olunan cihazlaraməhdudiyyət tətbiq olunur.

Mübarizə tədbirləri çərçivəsində bu günədək 24 375 IMEI koda“klon” statusu verilərək bloklanıb. Həmin IMEI kodlarbloklanmamışdan əvvəlki 3 ayda 1 570 842ədəd mobil nömrəyə aidabunəçi kimliyi ilə şəbəkədə görünüb. Bloklanmış IMEI kodlarla bugünədək 1 157 111 dəfə şəbəkəyə qoşulma cəhdinə “AzInTelecom”unMobil Cihazların Qeydiyyat Sistemi (MCQS) tərəfindən imtina cavabıverilib.

Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiqedilmiş “Mobil cihazların qeydiyyatının aparılmasıQaydası”naəsasən, xaricdən gətirilən mobil cihazlar Azərbaycantelekommunikasiya şəbəkəsində istifadə olunması üçün 30 gün ərzindədövlət rüsumu ödənilməklə qeydiyyatdan keçirilməlidir.

Təəssüf ki, bəzi hallarda qeydiyyat rüsumunu ödəmək istəməyənşəxslər (və ya sahibkarlar) daha əvvəl qeydiyyatdan keçirilmişcihazların IMEI kodlarının surətini yenilərinə köçürərək onlarınsatışını həyata keçirirlər. Alıcı isə bu prosesdən məlumatsızolduğu üçün sonradan cihaza tətbiq olunan məhdudiyyətlə üzləşir. Bucür hallarla qarşılaşmamaq üçün mobil cihaz alarkən mütləq IMEIkodunun orijinallığını yoxlamaq tövsiyə olunur. Yoxlamanı “portal.rinn.az” saytında ödənişsizhəyata keçirmək mümkündür. Bunun üçün cihazın ekranında *#06#yığaraq çıxan kodu kopiyalayıb saytda “IMEI yoxlama” hissəsinəyapışdırmaq və “yoxla” düyməsini sıxmaq kifayətdir.

Chosen
4
14
az.trend.az

10Sources