EN

Quba və Qusarın dağ massivlərinə qar yağıb

Şimal bölgəsində hazırda yağışlı, qeyri-sabit hava hökm sürür.

Bizim.Media xəbər verir ki, Quba və Qusarın dağ massivlərinə qar yağıb.

Qusarın dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən Qızılqaya massivinə səhər saatlarında qar düşüb.

Yağıntılı havanın gün ərzində davam edəcəyi bildirilir.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Chosen
8
bizim.media

1Sources