EN

Harris: İran Yaxın Şərqdə sabitliyi pozan təhlükəli qüvvədir

Harris:

ABŞ-nın vitse-prezidenti və prezidentliyə namizəd Kəmalə Harris İranın İsrailə hücumunu tənqid edib.

Reyting.az
-ın məlumatına görə, K. Harris İranı Yaxın Şərqdə sabitliyi pozan təhlükəli qüvvə adlandırıb və deyib ki, İsrailə hücum da bu həqiqəti sübuta yetirir.

Harris Ağ evdə mətbuat mənsublarına Yaxın Şərqdəki son vəziyyətdən danışıb. İsrailin özünü müdafiə etmək hüququnu vurğulayan Harris qeyd edib ki, onlar hər zaman Tel-Əvivin özünü ən yaxşı şəkildə müdafiə edə bildiyinə əmin olmaq istəyirlər.

“İsrailin təhlükəsizliyinə sadiqliyim sarsılmazdır. Biz heç vaxt ABŞ qüvvələrini və maraqlarını İrana və İranın dəstəklədiyi terrorçulara qarşı müdafiə etmək üçün lazım olan addımları atmaqdan çəkinməyəcəyik”, - Harris bildirib.

E. KAMAL
Chosen
2
2
reyting.az

3Sources