EN

“Hizbullah”ın daha bir rəhbər şəxsi öldürülüb

“Hizbullah”ın

İsrail ordusu iddia edir ki, Livanın paytaxtı Beyruta endirdiyi hava hücumu zamanı İrandan “Hizbullah”a silah daşıyan bölmənin komandiri Məhəmməd Cəfər Kasiri öldürülüb.

Reyting.az
xəbər verir ki, Məhəmməd Cəfər Kasiri İran-“Hizbullah”-Suriya terror oxunda “Hizbullah”ın ən görkəmli liderlərindən biri və İran rejiminə yaxın şəxs hesab edilir.

İsrail ordusunun açıqlamasında qeyd olunur ki, Kasiri Livanda “Hizbullah”a strateji döyüş materiallarının ötürülməsi üçün yüzlərlə əməliyyatı, “Hizbullah”ın dəqiq raket layihəsinin inkişafını və İsraili hədəf alan hücum imkanlarının inkişafını idarə edib.

“Hizbullah” hələlik məsələ ilə bağlı açıqlama verməyib.

ELÇİN
Chosen
14
reyting.az

1Sources