EN

Meyxanaçı ilə məşhur aparıcı üçüncü dəfə toy etdilər

İctimai TV, "Space" və AzTV-də səhər verilişlərinin aparıcısı kimi məşhurlaşan Nübar Əbillə tanınmış meyxanaçı və ssenarist Pərviz Arifin dünən toyu olub.

Publika.az xəbər verir ki, Bakıdakı restoranların birində keçirilən toydan kadrlar sosial şəbəkələrdə yayılıb. Aparıcı toyunda bir neçə gəlinlik dəyişib.

Qeyd edək ki, bu, cütlüyün üçüncü toyudur. Birinci toy aparıcının boya-başa çatdığı Neftçala rayonunda baş tutub, daha sonra cütlük dostları arasında bu əlamətdar hadisəni qeyd edib.

Chosen
34
publika.az

1Sources