EN

İsrail Ordusu: İranın hücumu nəticəsində az sayda itki qeydə alınıb

İranın İsrail ərazisinə kütləvi raket hücumu zamanı az sayda itki qeydə alınıb.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

Təl-Əviv təcili yardım xidməti bildirib ki, raket zərbələri nəticəsində yalnız iki nəfər yüngül xəsarət alıb. Daha bir neçə nəfər sığınacaqlara qaçarkən yaralanıb.

Qeyd edək ki, oktyabrın 1-də İran İsrailə kütləvi raket hücumu həyata keçirib. Raket zərbələri səbəbindən İraq, İordaniya və Livan hava məkanını bağlayıb.

Chosen
6
7
nocomment.az

10Sources