EN

30 ilə yaxın müddətdə Ermənistanın cinayətləri ABŞ tərəfindən tam sükutla qarşılanıb - XİN

Bakı. Trend:

ABŞ dövlət katibinin demokratiya, insan haqları və əməkməsələləri üzrə köməkçisi Dafna Randın Varşava İnsan ÖlçüsüKonfransında ABŞ tərəfinin “Dağlıq Qarabağda beynəlxalq humanitarhüququn və insan hüquqlarının iddia edilən pozuntularını nəzərdənkeçirməkdə davam etdiyi” barədə fikirlərinin əks olunduğu 1 oktyabrtarixli bəyanatı təəccüb doğurur.

Trend xəbər verir ki, bunuXarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin ABŞdövlət katibinin demokratiya, insan haqları və əmək məsələləri üzrəköməkçisinin 1 oktyabr tarixində Varşava İnsan ÖlçüsüKonfransındakı bəyanatına dair şərhində bildirib.

"Maraqlıdır ki, Azərbaycan ərazilərinin hərbi işğalı zamanıErmənistan tərəfindən törədilmiş bəşəriyyətə qarşı irimiqyaslıcinayətlər və azərbaycanlılara qarşı qırğınlara baxmayaraq, ABŞtərəfi beynəlxalq humanitar hüququn pozulması hallarının aradanqaldırılmasının vacibliyinə yalnız indi istinad edir. 30 ilə yaxınmüddətdə Ermənistanın bu cinayətləri ABŞ tərəfindən tam sükutlaqarşılanıb.

Əgər ABŞ tərəfi qərəzsizlik və ədalətli mövqe nümayiş etdirməkistəyirsə, ilk növbədə Ermənistanın indiyədək törətdiyi çoxsaylıcinayətlərin araşdırılmasını, günahkarların qanun qarşısında cavabverməsini tələb etməlidir.

Əks halda, bu, beynəlxalq ictimaiyyəti çaşdırmaq, Ermənistanıntəcüvüzü zamanı yüz minlərlə azərbaycanlının əsas insan hüquq vəazadlıqlarının kobud şəkildə pozulmasından diqqət yayındırmaqməqsədi güdən erməni təbliğatı nəticəsində verilən birtərəflibəyanatdan başqa bir şey deyil", - deyə Ayxan Hacızadəbildirib.

Chosen
26
48
az.trend.az

10Sources