EN

Zelenski: Ukraynanın ballistik raketi uçuş sınaqlarından uğurla keçdi - VİDEO

Ukrayna yeni ballistik raket yaradıb. O, artıq uçuş sınaqlarından keçib.

Qaziler.az RBC-Ukrayna-ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski İkinci Beynəlxalq Müdafiə Sənayesi Forumunun açılışında deyib.

Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri artıq Ukrayna silahlarının tamamilə yeni sinfindən - "Palyanitsa" uzaqmənzilli raket-dronundan istifadə etməyə başlayıb. Uzaq mənzilli dronların digər növləri, həmçinin dəniz dronları da artıq fəaliyyət göstərir.

“Bizim yeni ballistik raketimiz uçuş sınaqlarını uğurla başa vurub, “Neptun” raketlərinin uğurlu istifadəsi davam edir və hər ay 20-yə qədər “Bogdan” artilleriya sistemi istehsal olunur”, - deyə Zelenski bildirib.

QAZİLER.AZ

Chosen
11
1
qaziler.az

2Sources