AZ

Ukrayna yeni ballistik raket yaradıb

Ukrayna yeni ballistik raket yaradıb. O, artıq uçuş sınaqlarından keçib.

SİA-nın əldə etdiyi məlumata görə, RBC-Ukrayna xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski İkinci Beynəlxalq Müdafiə Sənayesi Forumunun açılışında deyib.

Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri artıq Ukrayna silahlarının tamamilə yeni sinfindən - Palyanitsa uzaqmənzilli raket-dronundan istifadə etməyə başlayıb.

Uzaq mənzilli dronların digər növləri, həmçinin dəniz dronları da artıq fəaliyyət göstərir.

…Yeni ballistik raketimiz uçuş sınaqlarını uğurla başa vurdu. Neptun raketlərinin uğurlu istifadəsi davam edir və hər ay 20-yə qədər Boqdan artilleriya sistemi istehsal olunur, - deyə Zelenski bildirib.

Əli Babayev

Seçilən
1
1
sia.az

2Mənbələr