EN

Qardaş ölkədə biabırçı hadisə – 14 yaşlı qız uşaq dünyaya gətirdi – TƏFƏRRÜATLAR

Qırğızıstanın paytaxtı Bişkekdə doğum evlərinin birində 14 yaşlı qız uşaq dünyaya gətirib.

KONKRET.az xəbər verir ki, sentyabrın 19-da “102”-yə Cəlal-Abad vilayətinin Kara-Kul şəhərindən Bişkekə gələn azyaşlının Ana və Doğum Mərkəzinin Doğum Evində dünyaya gəlməsi barədə məlumat daxil olub. Fakt Mənzil İstismar İdarəsində qeydə alınıb və Qırğızıstan Respublikası Cinayət Məcəlləsinin “Zorlama” maddəsi ilə iş başlanıb. Bütün lazımi müayinələr təyin edilib.

İstintaq müəyyən edib ki, qız 15 yaşlı qardaşı tərəfindən fiziki güc tətbiq edilərək zorlanıb. Cəlal-Abad Rayon Daxili İşlər İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, yeniyetmə təqsirini etiraf edib. Sentyabrın 29-da Kara-Kul rayon məhkəməsi iki ay müddətinə həbs qətimkan tədbiri seçib. İstintaq davam edir.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Chosen
18
konkret.az

1Sources