EN

Bakı-Lənkəran marşrutu üzrə yolsuzluq avtomobillərinin yürüşü keçirilib - FOTO

Sentyabrın 28-də Azərbaycan Avtomobil Federasiyası (AAF), Nazar Holdings və Avtolüks Azərbaycanın təşkilatçılığı ilə Bakı-Lənkəran marşrutu üzrə Defender markalı yolsuzluq avtomobillərinin yürüşü keçirilib.

İqtisadiyyat.az xəbər verir ki, Heydər Əliyev Mərkəzindən başlayan yürüş Lənkəran rayonunda başa çatıb. Yürüş sonrası tədbir iştirakçılarına əyləncə proqramı təşkil edilib, təşkilatçılar adından sertifikat və hədiyyələr təqdim olunub.

Yürüş çərçivəsində Lənkəran rayonu üzrə şəhid ailələrinə sovqat və hədiyyələr də təqdim edilib.

Chosen
14
13
iqtisadiyyat.az

10Sources