EN

Bıçaqlı şəxs supermarketə hücum etdi:3 ölü, 15 yaralı - VİDEO

Çinin Şanxay şəhərində supermarketlərdən birində baş vermiş bıçaqlı hücum nəticəsində azı 3 nəfər həlak olub, 15 nəfər xəsarətlər alıb. Avtosfer.az xəbər verir ki, bu barədə “Xinhua” agentliyi məlumat yayıb.

Polis hadisə barədə yerli vaxtla saat 21:47-də məlumat alıb. 37 yaşlı cinayətkar hadisə yerində saxlanılıb. Onun psixoloji problemlərinin olduğu bildirilib.

Faktla bağlı araşdırma aparılır.

Namiq Musayev

Chosen
15
avtosfer.az

1Sources