EN

Tel-Əvivdə atışma baş verib, azı 10 nəfər yaralanıb - VİDEO - YENİLƏNİB

Təl-Əvivin Yaffa bölgəsində baş verən atışma nəticəsində azı on nəfər yaralanıb.

APA xəbər verir ki, bu barədə “The Jerusalem Post” məlumat yayıb.

Dörd nəfərin vəziyyətinin ağır olduğu qeyd edilir.



***
20:21

İsrailin paytaxtı Tel-Əvivdə atışma baş verib.

APA xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.

Məlumata görə, hadisə nəticəsində bir neçə nəfərin öldüyü və yaralandığı bildirilir.

İsrail polisi baş verən atışmanın terror aktı olduğunu ehtimal edir.

Chosen
15
2
apa.az

10Sources