EN

Kvaratsxeliya hər mövsüm üçün neçə milyon qazanacaq?

"Napoli" gürcü vingeri Xviça Kvaratsxeliya ilə müqavilə yeniləmək niyyətindədir.

Fanat.Az xəbər verir ki, məlumatı tanınmış jurnalist Canluka Di Martsionun saytı yayıb.

Xəbərə görə, Neapol klubunun rəsmiləri Xviçanın agentləri ilə əlaqə saxlayaraq yeni anlaşma barədə ilkin müzakirələr aparıblar. Mənbə tərəflərin iki həftə sonra danışıqları davam etdirəcəklərini diqqətə çatdırıb. Yazılanlara inansaq, Kvaratsxeliya yeni sözləşməyə imza atacağı təqdirdə, bonuslar daxil olmaqla, hər mövsüm üçün 6 milyon avro qazanacaq.

Qeyd edək ki, cari mövsüm bütün turnirlərdə 8 oyuna çıxan Kvaratsxeliya 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Onun neapollularla indiki müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub.

Nihat

Chosen
7
1
fanat.az

2Sources