EN

Snapdragon 8 Elite (Snapdragon 8 Gen 4) və MediaTek Dimensity 9400 prosessorlarının qiymətlərində artım olacaq

     Qualcomm və MediaTek şirkətləri yaxın zamanda öz yeni flaqman prosessorlarını təqdim edəcəklər. Söhbət, Snapdragon 8 Elite (Snapdragon 8 Gen 4) və MediaTek Dimensity 9400 prosessorlarından gedir. Digital Chat Station ləqəbli məşhur insayderin vermiş olduğu məlumata əsasən adları sadalanmış bu prosessorların qiymətlərində artım olacaq. Bu isə öz növbəsində bu prosessorlara sahib flaqman smartfonların qiymətlərində də artıma səbəb olacaq.     Son məlumat sızıntılarına əsasən keçən ilki Snapdragon 8 Gen 3 və Dimensity 9300 prosessorları ilə müqayisədə Snapdragon 8 Elite və Dimensity 9400 prosessorlarının qiymətlərində 20%-lik artım müşahidə ediləcək. Gözləntilərə əsasən Snapdragon 8 Elite prosessorunun qiyməti 190$, Dimensity 9400 prosessorunun qiyməti isə 155$ təşkil edəcək. Sözügedən prosessorların qiymətlərindəki artım onların daha yüksək performans göstəricilərinə və yaxşılaşdırılmış texniki imkanlara sahib olmaları ilə əlaqədardır. Prosessorların qiymətlərində artım isə öz növbəsində yekun cihazların qiymətlərində də artıma səbəb ola bilər. Bu isə potensial alıcılara təsir göstərəcək.

Chosen
14
technote.az

1Sources