EN

Millət vəkili Məşhur Məmmədov Vətən Müharibəsi iştirakçısının yas mərasimində iştirak edib - FOTO » AzadMedia.az



Masallı, 1 oktyabr — Azadmedia.az

Ötən gün böyrək çatışmazlığı xəstəliyindən əziyyət çəkən Vətən müharibəsi iştirakçısı Azər Rafiq oğlu Mirzəyev dünyasını dəyişdi.

Bununla əlaqədar olaraq, Masallı rayonu İcra Hakimiyyətinin Başçısı Araz Əhmədov və millət vəkili Məşhur Məmmədov Vətən Müharibəsi iştirakçısının ailəsinə baş çəkib, yas mərasimində iştirak ediblər.

Azadmedia.az xəbər verir ki, Ərkivan qəsəbəsində keçirilən yas mərasimində iştirak edən Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədov və aparatın məsul şəxsləri, millət vəkili Məşhur Məmmədov, hüquq mühafizə orqanlarının işçiləri, idarə müəssisə rəhbərləri, şəhid ailələri və rayon sakinləri iştirak ediblər.

Belə ki, Masallı rayonu İcra Hakimiyyətinin Başçısı Araz Əhmədov və millət vəkili Məşhur Məmmədov Vətən Müharibəsi iştirakçısı Azər Mirzəyevin vəfatından kədərləndiklərini bildirərək mərhumun ailəsinə dərin hüznlə başsağlığı veriblər.

Qeyd edək ki, Masallı rayonunun Ərkivan qəsəbə sakini, Vətən Müharibəsi iştirakçısı, 1998-ci il təvəllüdlü 26 yaşlı Mirzəyev Azər Rafiq oğlu böyrək çatışmazlığından əziyyət çəkirdi.. Mərhum müalicə aldığı Masallı Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib. Mərhum doğulduğu Ərkivan qəsəbəsinin Zeynoba məhəllə qəbiristanlığında dəfn edilib.

Allah rəhmət eləsin!

Chosen
28
1
azadmedia.az

2Sources