EN

Rusiya Xersondakı bazara zərbələr endirib, çoxsaylı həlak olan və yaralananlar var

"Xersonun rusiyayönümlü başçısı özünün "Telegram-kanal"ında vilayətin Rusiya tərəfindən ilhaqının ildönümünə həsr etdiyi post yerləşdirib..."
 
Oktyabrın 1-də səhər Xerson şəhərinin mərkəzində yerləşən bazara zərbələr nəticəsində altı nəfər həlak olub.
 
Moderator.az xəbər verir ki, bu barədə Xerson Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Prokudin məlumat verib. Məlumatı "svoboda.org" nəşri yazıb.
 
Prokudinin sözlərinə görə, səhər saatlarında yerli sakinlərin alış-veriş etdikləri ticarət nöqtələri zərbələrə məruz qalıb. Altı nəfər yaralanıb və xəstəxanaya çatdırılıb. 
 
Bundan öncə yeddi nəfərin həlak olduğu barədə məlumat verilib, amma sonradan onlardan bir nəfərinin sağ qaldığı, lakin son dərəcə ağır vəziyyətdə olduğu dəqiqləşdirilib.
 
Xerson Vilayət Prokurorluğunun məlumatına görə, zərbələr səhər saat doqquz radələrində, çox güman ki, artilleriyadan endirilib.
 
Rusiya tərəfi baş verənləri şərh etməyib. Xerson Dnepr çayının olduğu cəbhə xəttində yerləşir. 2022-ci ilin payızında ukraynalı hərbçilər şəhəri və vilayətin sağ sahilini Rusiya işğalından azad etməyə müvəffəq olub. Digər sahildə Xersonu müntəzəm olaraq atəşlərə məruz qoyan Rusiya qoşunları yerləşir.
 
Moskva Xerson vilayətini Rusiyanın ərazisi, Xerson şəhərini isə onun inzibati mərkəzi hesab edir. Rusiya hakimiyyəti bazarın atəşə tutulmasını şərh etmir.
 
Vilayətin Rusiya tərəfindən təyin olunmuş administrasiya rəhbəri Vladimir Saldo oktyabrın 1-də özünün "Telegram-kanal"ında Moskva tərəfindən vilayətin ilhaq edilməsinin ildönümünə həsr etdiyi post yerləşdirib.
 
"Əsas odur ki, Xerson vilayətinin hər bir sakini öz gələcəyinə əmindir", - o, yazıb və bəyan edib ki, Xersonun sol sahili ilhaqın bu iki ili ərzində "görünməyən tərzdə dəyişilib".
 
Xatırladaq ki, oktyabrın 1-nə keçən gecə rusiyalı hərbçilər Ukraynaya 32 dronla hücum edib. Onlardan 29-u Çerkask, Kirovoqrad, Nikolayev, Xerson, Poltava, Sumı və Dnepropetrovsk vilayətlərində vurulub, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hava Qüvvələri bəyan edib.
Chosen
19
moderator.az

1Sources