EN

Fransada bıçaqlanan Vidadi İsgəndərli vəfat edib - Nəşi ailə üzvlərinə təhvil veriləcək

Oktyabrın 1-də keçmiş hüquq müdafiəçisi Vidadi İsgəndərli Fransanın Müluz şəhərində xəstəxanada vəfat edib. Bu barədə onun qardaşı Oktay İsgəndərli məlumat verib.

Onun sözlərinə görə, V.İsgəndərli səhər saatlarında vəfat edib: "Ailə səhər saat 5-də Vidadi İsgəndərli ilə vidalaşmaq üçün hospitala dəvət olunmuşdu. Ailə üzvləri bir neçə saat onunla birgə qaldı. Vidadi saat 10 radələrində vəfat etdi".

O.İsgəndərli bildirib ki, meyit bir neçə gün ekspertiza üçün hospitalda saxlanacaq və ekspertizanın rəyi hazır olduqdan sonra nəşi ailə üzvlərinə təhvil veriləcək.

Sentyabrın 29-da Fransanın Müluz şəhərində yaşayan mühacir Vidadi İsgəndərliyə silahlı hücum olub. Qardaşının dediyinə görə, o, yaşadığı evdə bıçaqlanıb.

Fransa hüquq-mühafizə orqanları hələ ki, hadisə ilə bağlı açıqlama yaymayıb.

“AzPolitika.info”

Chosen
15
azpolitika.info

1Sources