EN

Tailandda məktəbliləri daşıyan avtobus yandı – 25 ölü var


Tailandın Banqkok şəhərinin yaxınlığında ekskursiyaya gedən 40-dan çox şagird və müəllimi daşıyan məktəb avtobusu yanıb.
Yeniavaz.com
bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Məlumata görə, Utay Tani əyalətindən hərəkət edən avtobus təkəri partladıqdan sonra maneəyə çırpılıb. Bu da avtobusun yanacaq çəninin partlamasına səbəb olub. Nəticədə avtobusda güclü yanğın başlayıb.  
İlkin məlumatlara görə, 44 sərnişindən təxminən 25-i ölüb.
Ümumilikdə avtobusda 38 şagird və 6 müəllim olub.
Lakin nəqliyyat naziri Suriya Cuanqrunqruanqkit bildirib ki, qurbanların dəqiq sayı hələ də müəyyən edilir.
Daha 16 şagird və 3 müəllim xəstəxanaya yerləşdirilib.
Xilas edilənlərin əksəriyyəti ciddi yanıq xəsarətləri alıb.
Avtobusda ibtidai və orta məktəb şagirdlərinin olduğu bildirilir.
Tailandın Baş naziri Paetonqtarn Şinavatra ölənlərlə bağlı məlumatı təsdiqləyib.
Chosen
17
yeniavaz.com

1Sources