EN

Xersonda bazara top mərmisi atılıb: 7 nəfər həlak olub

Ukrayna hakimiyyəti hücumda Rusiya ordusunu günahlandırıb
Oktyabrın 1-də səhər saatlarında Xersonun mərkəzində bazarın atəşə tutulması nəticəsində 7 nəfər həlak olub. AYNA xəbər verir ki, bu barədə Xerson vilayətinin hərbi administrasiyasının rəhbəri Aleksandr Prokudin bildirib.
Ukrayna hakimiyyəti hücumda Rusiya ordusunu günahlandırıb. Prokudinin sözlərinə görə, yerli sakinlərin səhər saatlarında mal aldıqları və ya satdıqları pərakəndə satış məntəqələri vurulub. Üç nəfər yaralanıb və xəstəxanaya aparılıb.
Ukraynanın Xerson vilayəti prokurorluğunun məlumatına görə, zərbələr səhər saat 9 radələrində top artilleriyasından endirilib.
Rusiya tərəfi atışma ilə bağlı şərh verməyib.
Qeyd edək ki, Xerson cəbhə xəttində yerləşir. 2022-ci ilin payızında Ukrayna hərbçiləri şəhəri və rayonun Dnepr çayının sağ sahil hissəsindəki ərazisini Rusiya işğalından azad edə bilib. Sol sahildə isə Xersonu müntəzəm atəşə tutan rus qoşunları var.

Chosen
26
ayna.az

1Sources