EN

Avtobus yandı: 20 nəfər öldü

Tailandda tələbələri daşıyan avtobusun yanması nəticəsində ən azı 20 nəfər ölüb.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Tailandın daxili işlər naziri Anutin Çanvirakun bildirib. 

Nazirin sözlərinə görə, Uthai Thanidən ekskursiya üçün yola çıxan 44 sərnişini daşıyan avtobus yolda alovlanıb.

Sosial şəbəkələrdə avtobusun alov içində qaldığını göstərən görüntülər yayılıb. Tələbələrin yaşı və digər təfərrüatlar barədə hələlik məlumat verilmir.

Xilasedicilərin sözlərinə görə, yanğın avtobusun təkərlərindən birinin partlaması və avtomobilin maneələrə çırpılması nəticəsində başlayıb.

Chosen
4
1
cebheinfo.az

2Sources