EN

Əminə Ərdoğan ahılları belə təbrik etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan ürəklərində daşıdıqları ömür hekayəsi ilə ictimai yaddaşın vazkeçilməz parçası olan ahılları ehtiramla anıb, bütün ahıllara sağlam və dinc ömür arzulayıb. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, Birinci xanım Əminə Ərdoğan 1 Oktyabr Dünya Ahıllar Günü münasibətilə sosial media hesabından paylaşdığı mesajda bu sözləri qeyd edib:

"Hər yaş ayrı bir fəsildir. Yaşlılarımız həyatın ən yetkin və ən müdrik fəslinin nümayəndələridir. Keçmişin təcrübələri ilə bizə səbrin, sevginin, həyat mübarizəsinin ən dərin mənasını öyrədirlər. Ürəklərində daşıdıqları həyat hekayəsi ilə ictimai yaddaşımızın vazkeçilməz bir parçası olan dəyərli ağsaqqallarımıza cansağlığı və hüzurlu bir ömür arzulayıram".

Chosen
17
sia.az

1Sources