EN

“Ailəm üçün sənətdə heç nəyi fəda, qurban verməmişəm” - Video

Müğənni Elnarə Xəlilova tərzini dəyişməyindən danışıb.

Yenisabah.az xəbər verir ki, o, "Qonaqcanlı" verilişində “ailə qurduqdan sonra dəyişmisən” deyənlərə cavab verib:

"Ailəm üçün sənətdə heç nəyi fəda, qurban verməmişəm. Sadəcə öz seçimlərim var: həyat tərzi, geyimim və səhnələrimdə. Özümə yaraşdırdığım bir yol var. Bunlar öz seçimimdir. Həm yaş, həm də status öz sözünü deyir. Ana olandan sonra bu qənaətə gəldim ki, dəyişim. vakansiya

Bunu mənə heç kim deməyib. İlk dəstəkçim ərimdir. Bacım, qardaşım, baldızım, qaynım mənə dəstəkdir, uğurlarıma sevinirlər. Hər yaşın öz gözəlliyi var. Gərək ona uyğun davranasan". 

 


Telegram kanalımız
Chosen
23
1
yenisabah.az

2Sources