EN

Bölgələrdə güclü külək əsəcək

Oktyabrın 2-3-də bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Sarı xəbərdarlığa uyğun olaraq, Ordubad, Culfa, Lerik, Yardımlı, Goranboy, Gəncə, Göygöl, Yevlax, Mingəçevir, Daşkəsən, Şəki, Şahdağ, Xınalıq, Quba, Qusar, Xızı, Neftçala, Cəlilabad, Qobustanda fasilələrlə qərb küləyi əsəcək.

Bildirilib ki, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Chosen
11
48
buta.media

10Sources