NazirlikdənDemokrat.az-a bildirilib ki, "Baku Cinema Breeze" indiyədək ayrı-ayrılıqda təşkil olunan bir sıra tanınmış festivalları bir araya gətirərək dünya kinematoqrafiyasının şedevrlərini nümayiş etdirmək üçün vahid şəbəkə rolunu oynayacaq.
Tədbirdə müvafiq dövlət qurumlarının rəhbərləri, yaradıcı sektorun təmsilçiləri, beynəlxalq və yerli təşkilatların nümayəndələri, yüzlərlə yaradıcı şəxs, şirkətlər və ictimai birliklər iştirak edəcəklər.
Festival çərçivəsində şərq ölkələrinin filmlərinin dünyaya tanıdılması üçün vacib bir platforma rolunu oynayacaq “Omarket” (Şərq ölkələrinin kino marketi) də təşkil olunacaq. “Omarket”in açılışı oktyabrın 3-də Heydər Əliyev Mərkəzində reallaşacaq.
Qeyd edək ki, festival müddətində Nizami Kino Mərkəzində, “CineMastercard Azərbaycan” kinoteatrında, “YARAT” Müasir İncəsənət Məkanında, “Kapellhouse Baku”, “Landmark” və “YAY Gallery” məkanlarında paytaxt sakinləri və qonaqları, ümumilikdə bütün kinosevərlər üçün film nümayişləri təşkil olunacaq.
Tədbirin məqsədi Azərbaycanı regionda kino sənayesinin mərkəzi kimi tanıtmaq, kino mədəniyyətini inkişaf etdirmək və yerli ekosistemi bir çətir altında birləşdirməkdir.
“Baku Cinema Breeze” festivalı ABŞ, Kanada, Hindistan, Niderland, Türkiyə, Almaniya, Portuqaliya, BƏƏ, Yunanıstan, Koreya, Gürcüstan, Estoniya və digər ölkələrdən kino sənayesi nümayəndələrini, həmçinin dünya kinematoqrafiyasının tanınmış simalarını Azərbaycanda bir məkana toplayacaq.
Qeyd edək ki, audiovizual sənayenin inkişafına istiqamətlənən bu tədbir Mədəniyyət Nazirliyinin “Yaradıcı Azərbaycan” layihəsi çərçivəsində həyata keçirilir.
10Sources
-
kulis.az“Baku Cinema Breeze” beynəlxalq film festivalının açılış mərasimi keçirildi ( 11629993)
-
kulis.az“Baku Cinema Breeze” beynəlxalq film festivalının açılış mərasimi keçirilib ( 11629915)
-
xalqqazeti.az“Baku Cinema Breeze” beynəlxalq film festivalının açılış mərasimi keçirilib ( 11623438)
-
azertag.az“Baku Cinema Breeze” beynəlxalq film festivalının açılış mərasimi keçirilib ( 11621806)
-
apa.az"Baku Cinema Breeze" beynəlxalq film festivalının açılışı olub - FOTO ( 11619754)
-
apa.az"Baku Cinema Breeze" beynəlxalq film festivalının açılışı olub ( 11619673)
-
demokrat.az“Baku Cinema Breeze” beynəlxalq film festivalının açılışına sayılı günlər qaldı ( 11567377)
-
sesqazeti.az“Baku Cinema Breeze" beynəlxalq film festivalının açılışına sayılı günlər qaldı ( 11567188)
-
manset.az"Baku Cinema Breeze" beynəlxalq film festivalının açılışına sayılı günlər qaldı ( 11551684)
-
teleqraf.com"Baku Cinema Breeze" beynəlxalq film festivalının açılışına sayılı günlər qaldı ( 11549578)