EN

Azərbaycan Milli AntiDopinq Agentliyinə cərimə protokolu tərtib edildi

Azərbaycan Mərkəzi Bankı (AMB) Azərbaycan Milli AntiDopinq Agentliyinə (AMADA) cərimə protokolu tərtib edib.

İqtisadiyyat.az xəbər verir ki, buna səbəb kimi Agentlik valyuta tənzimi qaydalarını pozmaq ittiham olunur.

Belə ki, AMB-nin Agentlik barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən tərtib etdiyi cərimə protokol baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib.

Protokol hakim Gültəkin Əsədovanın sədrliyi ilə araşdırılacaq.

Milli AntiDopinq Agentliyi barəsində protokol tərtib olunan maddədə deyilir ki, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

Chosen
6
6
iqtisadiyyat.az

10Sources