“KXDR-in nüvə silahından istifadə etməsi onun “rejiminin sonu”na gətirib çıxaracaq”.
“Şimali Koreya nüvə silahından istifadə etməyə cəhd edərsə, ordumuz və Koreya Respublikası-ABŞ ittifaqı tərəfindən böyük və qətiyyətli cavab veriləcək. Həmin gün Şimali Koreya rejiminin sonu olacaq. Şimali Koreya rejimi nüvə silahlarının onu qoruduğu illüziyasından qurtulmalıdır”, - deyə prezident bildirib.
Sonnam Cənubi Koreya, ABŞ və Yaponiya arasında üçtərəfli əməkdaşlığı gücləndirəcəyini deyib.
Prezidentin sözlərinə görə, oktyabrın 1-dən rəsmən fəaliyyətə başlayan Koreya Respublikası Strateji Komandanlığı ölkəni KXDR-in “nüvə təhlükəsi və digər kütləvi qırğın silahlarından” qoruyan əsas bölməyə çevriləcək. Yeni qurum “Hunmu” ballistik raketləri, F-35 döyüş təyyarələri və ballistik raket sualtı qayıqları kimi silah sistemlərinə cavabdeh olacaq.