EN

Bakıda ağ maskalı oğru PEYDA OLUB: Polis onu axtarır – VİDEO

Bakıda evə girən oğru kameralara düşüb. 

Bizim.Media “lent.az”a istinadən xəbər verir ki, hadisə paytaxtın Sabunçu qəsəbəsində qeydə alınıb. 

Qəsəbə ərazisindəki fərdi yaşayış evlərindən birinin həyətinə hasardan aşaraq daxil olan ağ maskalı oğru oradan bahalı əşyaları oğurlayıb. Oğrunun bütün hərəkətləri evdə quraşdırılan təhlükəsizlik kameralarına düşüb. Hadisə ilə bağlı polisə məlumat verilib. 

Hazırda polis hadisəni törədən şəxsin müəyyən olunaraq saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir. 


Bizim.Media

Chosen
9
12
bizim.media

10Sources