AZ

Bakıda ağmaskalı oğru PEYDA OLUB: Polis onu axtarır

Bakıda evə girən oğru kameralara düşüb.

Ölkə.az-ın Lent.az-a istinadən xəbərinə görə, hadisə paytaxtın Sabunçu qəsəbəsində qeydə alınıb.

Qəsəbə ərazisindəki fərdi yaşayış evlərindən birinin həyətinə hasardan aşaraq daxil olan, ağmaskalı oğru oradan bahalı əşyaları oğurlayıb. Oğrunun bütün hərəkətləri evdə quraşdırılan təhlükəsizlik kameralarına düşüb. Hadisə ilə bağlı polisə məlumat verilib.

Hazırda polis hadisəni törədən şəxsin müəyyən olunaraq saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir.

Oğrunun görüntülərini təqdim edirik:

Seçilən
6
12
olke.az

10Mənbələr