EN

Rusiya Qara dənizdə NATO ilə müharibə təhlükəsi yaradır - "The Telegraph"

Ukrayna Rusiya donanmasını Qara dənizdən çıxardıqdan sonra Moskva Kiyevin taxıl ixracını məhdudlaşdırmaq və ya ümumiyyətlə  dayandırmaq üçün minalardan istifadə etməyə çalışır. Eyni zamanda, ruslar beynəlxalq hüququ pozan və NATO ilə genişmiqyaslı münaqişəyə səbəb ola biləcək "drift"(üzən-red.) minalarından istifadə edirlər. 

Britaniya Kral Hərbi Dəniz Qüvvələrinin zabiti Tom Şarp bu barədə “The Telegraph” qəzetinə yazdığı məqalədə yazıb.

Şarp qeyd edib ki, minalar ən sadə, sərfəli və ən təsirli dəniz silahlarından biridir. Bunun səbəbi isə onların ucuz olmasıdır. Bundan başqa belə minalar asan hazırlanır. Bundna başqa üzən minaların quraşdırılması da asandır və ona qarşı müqavimət göstərmə çətin olur.

"Bununla belə, dəniz minalarından istifadəni tənzimləyən beynəlxalq hüququn bir çox müddəaları mövcuddur. Ümumiyyətlə, minalar, digər silahlar kimi, mülki şəxslərə və ya neytral şəxslərə fərq qoymadan hücum etmək üçün istifadə edilməməlidir. Ancaq təəssüf ki, bu qaydalar yalnız bizə aiddir. Potensial və ya real düşmənlərimizin heç biri onlarla qətiyyən maraqlanmır... İran və Rusiya kimi düşmənlər sərbəst şəkildə minalar, o cümlədən xüsusi hazırlanmış uzunömürlü üzən minaları yerləşdirirlər”, – ekspert yazıb.

Tural


Chosen
4
news365.az

1Sources