EN

Külli miqdarda narkotik vasitə aşkar edildi

Bakı. Trend:

Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən AzərbaycanRespublikasının ərazisindən tranzit keçməklə İran İslamRespublikasından Rusiya Federasiyasına “kompüter aksesuarları” yüküaparan nəqliyyat vasitəsinə stasionar rentgen qurğusu vasitəsiləbaxış keçirilib.

Trend xəbərverir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Bildirilib ki, monitorda şübhəli təsvirlər müşahidə olunduğundannəqliyyat vasitəsinə gömrük yoxlaması tətbiq edilib. Yoxlama zamanınəqliyyat vasitəsinin qoşqusundakı su çənindən 4 ədəd bağlamadaqablaşdırılan, üzərində “Methadone 40” yazısı olan, ümumilikdə 9981ədəd həb və 20 ədəd həb parçası aşkar olunub.

Xatırladaq ki, metadon "Azərbaycan Respublikası ərazisindədövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin II Siyahısı"nadaxildir.

Faktla bağlı araşdırma aparılır.

Chosen
27
5
az.trend.az

6Sources