AZ

Astara gömrüyündə külli miqdarda narkotik aşkarlanıb


Astara Gömrük İdarəsində nəqliyyat vasitəsindən 9981 ədəd həb və 20 ədəd həb parçası çıxıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə DGK-nın rəsmi saytında məlumat dərc olunub.
Bildirilib ki, idarənin əməkdaşları tərəfindən Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Rusiyaya “kompüter aksesuarları” yükü aparan nəqliyyat vasitəsinə stasionar rentgen qurğusu vasitəsilə baxış keçirilən zaman monitorda şübhəli təsvirlər müşahidə olunub.
“Nəqliyyat vasitəsinə gömrük yoxlaması tətbiq edilib. Yoxlama zamanı nəqliyyat vasitəsinin qoşqusundakı su çənindən 4 ədəd bağlamada qablaşdırılan, üzərində “Methadone 40” yazısı olan, ümumilikdə 9981 ədəd həb və 20 ədəd həb parçası aşkar olunub.
Xatırladaq ki, metadon “Azərbaycan Respublikası ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin II Siyahısı”na daxildir.
Faktla bağlı araşdırma aparılır”, - məlumatda deyilir.

Seçilən
7
5
yeniavaz.com

6Mənbələr