EN

160-a yaxın elektriklə çalışan avtobus alınıb - Yaxın günlərdə ölkəyə gətiriləcək

Bakı. Trend:

Artıq 160-a yaxın elektriklə çalışan avtobus aldıq və yaxıngünlərdə ölkəyə gətiriləcək.

Trend xəbər verir ki, bubarədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri AidəBədəlova Bakıda İqlim Fəaliyyəti Həftəsinin (Baku Climate ActionWeek) ikinci günündə çıxışı zamanı deyib.

O bildirib ki, ölkələrdə qurulan infrastrukturlar iqlimdəyişikliyinə dayanıqlı olmalıdır.

O qeyd edib ki, Azərbaycan karbon emissiyalarının azaldılmasınadair öhdəlik götürüb.

“Biz insanları dayanıqlı nəqliyyat vasitələrindən istifadəyəyönəldirik. Məqsədimiz şəxsi maşınların 30-40 faiz azaldılmasıdır.İnsanların ictimai nəqliyyatdan istifadə etməsini istəyirik. Yaxın1-2 km məsafə üçün taksidən istifadəni məhdudlaşdırmağaçalışırıq.

Bundan başqa, biz smart texnologiyaların inteqrasiyası üzərindəçalışırıq. Artıq 160-a yaxın elektriklə çalışan avtobus aldıq vəyaxın günlərdə ölkəyə gətiriləcək. Bununla da ümid edirik ki,qarşımıza qoyduğumuz hədəflərə çatacağıq”, - deyə o bildirib.

Qeyd edək ki, Fəaliyyət Həftəsi 2024-cü ilin 30 sentyabr - 4oktyabr tarixlərində, Bakıda ilk dəfə keçirilir.

Bu tədbir, noyabr ayında Bakıda baş tutacaq COP29-un iqlimgündəliyinin əsasını qoyacaq.

İqlim dəyişmələri ilə mübarizə üzrə Fəaliyyət Həftəsi siyasət,maliyyə, ticarət, investisiya, elm, incəsənət, mədəniyyət, cəmiyyətvə KİV kimi bir sıra sahələrdən əsas maraqlı tərəfləri bir arayatoplayacaq.

Tədbirin əsas mövzuları "enerji keçidi", "şəhərlər vəurbanizasiya mühiti", "su təhlükəsizliyi", "qida və kəndtəsərrüfatı", "kiçik və orta müəssisələrin bisznesi" və "yaşılbacarıqlar" olacaq.

Həftənin birinci yarısı (30 sentyabr - 2 oktyabr) dövlətqurumları, akademik mühit və özəl sektorun iştirak etdiyi iqlimhəllərinə həsr olunacaq. İkinci yarıda (3-4 oktyabr) isə elm,təhsil, incəsənət, mədəniyyət və digər sahələrə fokuslanılacaq.

Chosen
13
8
az.trend.az

10Sources