EN

Tailandda dəhşət: Uşaqlar və müəllimlər diri-diri yandı – VİDEO

Tailandda çox sayda uşağın ölümü ilə nəticələnən dəhşətli hadisə baş verib. 

Bizim.Media xarici mətbuata istinadla xəbər verir ki, Banqkok yaxınlığında uşaqları ekskursiyaya aparan məktəb avtobusu yanıb. 

Tailandın daxili işlər naziri Anutin Çarnvirakul "Reuters"ə bildirib ki, hadisə zamanı 25 nəfər həlak olub.

Azyaşlılar və böyüklər də daxil olmaqla 16 nəfər xəstəxanaya yerləşdirilib.

Hadisə zamanı yanıb ölənlərin şəxsiyyətini müəyyənləşdirmək hələlik mümkün olmayıb. Tailand polisi hadisə ilə bağlı təfərrüatları açıqlamayıb.


Bizim.Media

Chosen
11
bizim.media

1Sources