EN

Bakıda orta əməkhaqqı artdı

Bu ilin yanvar-iyul aylarında Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1 267 manat təşkil edib.

Bu barədə Milli.Az Bakı şəhər Statistika İdarəsinə istinadən xəbər verir.

Bildirilib ki, paytaxtda orta aylıq əməkhaqqı 2023-cü ilin müvafiq dövrünə nisbətən 7,4 % artıb.

Qeyd edək ki, bu ilin 7 ayında Azərbaycanda muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı bir il öncəki göstəriciyə nisbətən 8,3 % artaraq 1 002,4 manat olub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Chosen
3
17
milli.az

10Sources