AZ

Bakıda əməkhaqqı ARTDI

Bu ilin yanvar-iyul aylarında Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1 267 manat təşkil edib.

 

Bu barədə Sfera.az Bakı şəhər Statistika İdarəsinə istinadən xəbər verir.

 

Bildirilib ki, paytaxtda orta aylıq əməkhaqqı 2023-cü ilin müvafiq dövrünə nisbətən 7,4 % artıb.

 

Qeyd edək ki, bu ilin 7 ayında Azərbaycanda muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı bir il öncəki göstəriciyə nisbətən 8,3 % artaraq 1 002,4 manat olub.

Seçilən
7
17
sfera.az

10Mənbələr