EN

Dünya enerji şəbəkələrinin yenilənməsinə ehtiyac duyur - SOCAR-ın vitse-prezidenti

Bakı. Trend:

Dünya enerji şəbəkələrinin əhəmiyyətli dərəcədə yenilənməsinəehtiyac duyur.

Trend xəbər verir ki, bubarədə SOCAR-ın vitse-prezidenti Əfqan İsayev Bakı İqlimdəyişmələri ilə mübarizə üzrə Fəaliyyət Həftəsi çərçivəsindəkeçirilən beynəlxalq konfransda bildirib.

"Bütün dünya enerji şəbəkələrinin əhəmiyyətli dərəcədəyenilənməsinə ehtiyac duyur. Şəbəkə enerji saxlama və istehsalınavtomatlaşdırılmış idarəetmə sistemləri üçün daha sürətli həllərtələb edir. Prioritet dispetçerlik üçün müəyyən texnologiyalar,proqram təminatı və müvafiq bacarıqlar lazımdır. Əlavə təhsilresursları və ya onların kombinasiyası tələb olunur. Buna görə dədünya miqyasında şəbəkələrin müasirləşdirilməsi üçün böyük tələbatvar ki, bu da, mənim fikrimcə, nəhəng bir fürsətdir", - ovurğulayıb.

Ə.İsayev Azərbaycanın "yaşıl" elektrik enerjisini Avropabazarlarına göndərməyə imkan verəcək koridorun araşdırılmasınayönəlmiş əhəmiyyətli səylərin olduğunu qeyd edib.

Qeyd edək ki, 30 sentyabr - 4 oktyabr 2024-cü il tarixlərindəkeçirilən bu həftə Bakıda ilk dəfə təşkil olunur.

Bu tədbir, noyabr ayında Bakıda keçiriləcək COP29 zirvəsi öncəsiiqlim gündəliyinin əsasını təşkil edəcək.

"Iqlim Fəaliyyəti Həftəsi" siyasət, maliyyə, ticarət,investisiya, elm, incəsənət, mədəniyyət, vətəndaş cəmiyyəti vəmedia kimi müxtəlif sahələrdən əsas maraqlı tərəfləri bir arayagətirəcək.

Həftənin birinci yarısı (30 sentyabr - 2 oktyabr) dövlətqurumları, akademik dairələr və özəl sektorun iştirak etdiyi iqlimhəllərinə həsr olunacaq. İkinci yarıda isə (3-4 oktyabr) elm,təhsil, incəsənət, mədəniyyət və digər sahələr ön plandaolacaq.

İqlim həftəsi çərçivəsində şəhərin müxtəlif yerlərində çoxsaylıtədbirlər keçiriləcək.

Chosen
13
az.trend.az

1Sources