EN

Müəllimlər Günü ilə bağlı məktəblərə təlimat göndərilib

5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə valideyn və şagirdlərin müəllimləri təbrik etməsi prosesinin idarə edilməsi ilə bağlı Agentliyin yerli təhsil idarəetmə bölmələrinə və tabeli müəssiələrinə Təlimat göndərilib, müvafiq tapşırıqları verilib.

Bu barədə APA-ya Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, valideynlər tərəfindən hər hansı maddi və qeyri - maddi nemətlərin, qiymətli əşyaların hədiyyə edilməsi, bu məqsədlə pul yığılması və sair kimi halların baş verməsi yolverilməzdir.

Chosen
37
1
apa.az

10Sources